APA xəbər verir ki, hadisə "Qurtuluş-93"də qeydə alınıb. Belə ki, "Toyota Camry" və "Toyota Prius" markalı minik avtomobilləri toqquşub. "Toyota Camry" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını magistral qaz kəməri üçün qazılmış xəndəyə aşırıb.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı araşdırılır.