APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin-Əsəd görüşündə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, eləcə də Suriyadakı vəziyyətin həlli perspektivləri müzakirə olunacaq.
Qeyd edək ki, Suriya liderinin ofisinin "Telegram" kanalı Əsədin artıq Moskvaya səfər etdiyi barədə məlumat yayıb.