Sankt-Peterburq sakini internetdə ətçəkən maşın sifariş edib. Lakin ona güllələrilə birgə döyüş tapançası göndərilib.
Müştəri əvvəlcə bunun bir növ aprel zarafatı olduğunu düşünüb. Amma sonra qadın məsələnin ciddi olduğunu anlayıb. Evdə iki uşağın olduğunu nəzərə alan xanım polisə zəng edib.
Zabitlər bunun “Makarov” tapançası olduğu qənaətinə gəliblər. Silah axtarışda olanlar siyahısında tapılmayıb.
Hazırda polis məhsulu səhv salan satıcını axtarır.
Mənbə: Shot