Polad Bülbüloğlu geri çağırılır: səbəb yeyintidir?


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun geri çağırılacağı haqda məlumat yayılıb. İddia edilir ki, buna səbəb Moskvadakı səfirlikdə maliyyə pozuntularının üzə çıxmasıdır.
Qəribə və qeyri-ciddi iddiadır.
Polad Bülbüloğlunun səfir vəzifəsindən geri çağırılması heç bir halda təəccüblü ola bilməz. Səfirlik haqda qaydalar var, müəyyən vaxtdan sonra ölkənin təmsilçiləri “rotasiyaya uyğun olaraq” dəyişdirilir.
Polad Bülbüloğlu 2006-cı il 30 yanvarından – yəni tam 17 il 2 ay 11 gündür ki, Rusiyada səfir vəzifəsini icra edir. Nəzərə alsaq ki, səfirlər 5 ildən bir dəyişməlidir, xüsusi istisna halında bu, bir neçə il artırıla bilər, onda Polad Bülbüloğlunun geri çağırılması deyil, 17 il 2 ay 11 gün bir ölkədə səfir olması müzakirə predmetinə çevrilə bilər. P.Bülbüloğlu vaxtından əvvəl vəzifədən azad edilmir ki, onun hansısa səbəbdən geri çağırıldığı müzakirəyə çıxarılsın.
Polad Bülbüloğlunun bir ölkədə bu qədər uzun müddət səfirlik edə bilməsinin yeganə səbəbi onun Rusiyada çox məşhur olması, tanınması, geniş əlaqələrə malik olması və sıravi ruslar tərəfindən belə çox sevilməsidir. P.Bülbüloğlu sovet vaxtından Rusiyada həddən artıq dinlənilən və qəbul edilən bir sənətçidir. Onun Rusiya efir məkanlarındakı çıxışları zamanı da aparıcıların ona xüsusi sayğı və hörmətlə yanaşdığının dəfələrlə şahidi olmuşuq.
Çox uğurlu təyinat idi və Rusiya ilə Azərbaycan arasındakı əlaqələrdə P.Bülbüloğlunun da az-çox xüsusi rolu olduğunu, müəyyən dairələrdəki əlaqələrindən 44 günlük savaş zamanı xeyrimizə istifadə etdiyini də müşahidə etdik.
Hazırda isə 78 yaşı var, 17 il 2 ay 11 gün səfirlik etməsi (və hələ geri çağırılmayıb, davam edir) sıradan hadisə deyil: demək ki, güvənilir, işindən rəhbərlik razıdır. Əgər dəyişmə qərarı varsa, bunun səbəbi yalnız yaşı və uzun illərdən sonra pensiyaya getmək istəyi ola bilər.
Yeri gəlmişkən: Polad Bülbüloğlu 17 il 1 ay 4 gün mədəniyyət naziri olmuşdu və görünür, onun vəzifə tutması “17” ilə məhdudlaşır. Bu hesabla 1 ay 7 gün (+) “artıq işləyir”...
Axar.az

10-04-2023, 16:43 94

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102