Cəlilabad rayonunda qızların təhsil və peşə inkişafına dair Forum keçirildi-Foto



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi (SQPR) tərəfindən icra olunan "Təhsil və peşə hər bir qızın haqqıdır!" layihəsi çərçivəsində Cəlilabad rayonunda Forum keçirilmişdir.
Rayon icra hakimiyyəti, təhsil, səhiyyə, gənclər və idman, qeydiyyat, ailə, qadın və uşaq problemləri ilə iş və digər strukturların iştirakı ilə Cəlilabad Heydər Əliyev Mərkəzində təşkil olunan Forumda 50 nəfər iştirak edirdi. Öncə iştirakçılar vasitələr və mövzuya aid hazırlanan kitabça ilə təmin olundular.   
Forumun açılışda SQPR İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri Gülnarə Bağırova, Cəlilabad rayon icra hakimiyyətinin böyük məsləhətçisi Xumarə Xəlilova, rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov və digər rəsmilər çıxış edərək, bu maarifləndirici tədbirin bölgə gəncləri, qızlar üçün əhəmiyyətini müsbət qiymətləndirdilər və erkən nikahlarla mübarizə və bu sahədə gənc qızların tam təhsil və peşə inkişafı təbliği sahəsində görülməli işləri qeyd etdilər.
Layihə eksperti, ADTGT sədri Asif Əsgərli təqdimat çıxışında regionlarda erkən nikahların vəziyyəti, qızların yuxarı siniflərdə təhsildən yayınması halları, peşə və karyera inkişafından kənarda qalma məsələləri və onunla mübarizə sahəsində müxtəlif qurumların birgə maarifləndirici, sosial fəaliyyətləri qeyd etdi. Ekspert erkən nikahların gənclərin təhsil və peşə inkişafına, monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, mübarizə və bu sahədə vacib alət və mexanizmlərdən danışdı. 
A.Əsgərli bölgələrdə erkən nikahlarla effektiv mübarizə üçün təhsil, ailə, qadın və uşaq problemləri ilə məşğul olan təşkilatlar, gənclər və idman, KİV, hüquq-mühafizə orqanları və QHT-lər tərəfindən birgə səmərəli əməkdaşlığı, bu sahədə araşdırma, sorğu, hesabat, PR kampaniyası və şəbəkələşməni də xüsusi vurğuladı. Forum iştirakçıların geniş və əhatəli müzakirə və fikir mübadiləsi ilə yekunlaşdı. 
Cəlilabad, Salyan, Ucar və Qobustan rayonlarında icra olunan layihənin əsas ideyasını bu regionlarda erkən nikahların gənc qızlara, onların tam təhsil, peşə sahibi olmalarına, mənəvi-psixoloji durumuna, cəmiyyətin inkişafına və milli genefonduna göstərdiyi mənfi təsirlərlə mübarizədən və bu sahədə vacib alətlər olaraq valideynlərlə aparılacaq maarifləndirici və sosial fəaliyyətlər təşkil edir.












16-04-2023, 16:07 110

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102