Ceki Çanın iştirakı ilə çəkilən “Kunq Fu Ayğırı” döyüş komediyası Çində gündəlik kino nümayişinin lideri olub.
Ekranlara çıxdığı səkkizinci günündə film təxminən 9,61 milyon yuan (təxminən 2,4 milyon manat) toplayıb. Beləliklə, Çində ekran əsərinin ümumi gəliri 30 milyon manatdan çox olub.
Çin kinoprokatında ikinci yerdə klassik Yapon dramı “Hatiko”nun yerli adaptasiyası qərarlaşıb. Daha sonrakı pilləni isə Çin döyüş filmi “izdihamdakı simalar” tutub.
Oxu.az