Polşa və Slovakiya nasaz təyyarələri Ukraynaya təhvil verib.
Bu barədə “The Economist” yazıb.
Məlumata görə, bu ölkələr son vaxtlar Ukraynaya 8 ədəd MiQ-29 göndərib. Lakin məlum olub ki, onların əksəriyyəti nasazdır.
Ona görə də qırıcıları söküb ehtiyat hissələri üçün istifadə etmək lazım gəlib. “Ukraynanın yeni hava donanmasına ehtiyacı var”, - nəşr əlavə edib.
Bundan əlavə, Ali Radanın deputatı Aleksandra Ustinova ABŞ-nin Kiyevi tələb etdiyindən xeyli az silahla təmin etməsindən şikayətlənib.