Avtoqəza Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.
Sumqayit.tv apa-ya istinadən xəbər verir ki, “Toyota Prius” markalı maşını idarə edən 1968-ci il təvəllüdlü Məmmədov Məmməd Hüseyn oğlu sükan arxasında yuxulayıb.
Bu zaman o, maşınını eyni istiqamətdə olan “KamAZ” markalı yük avtomobilinə çırpıb.
Qəza nəticəsində “Toyota”nın sürücüsü kəllə-beyin travması alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır./APA