“Allahın İranı da bunu müzakirə etməkdən çəkinir” – Elmar Məmmədyarov



“Ən yüksək səviyyədə bir neçə dəfə Türkiyə tərəfi bəyan edib ki, onlar Ermənistanla danışıqları apararkən paralel olaraq bunu Azərbaycanla raızlaşdırırılar. Türkiyə tərəfi Azərbaycanı da məlumatlandırır ki, danışıqlar hansı səviyyədə necə keçir”.
 
Sumqayit.tv xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Elmar Məmmədyarov deyib.
 
Eks-nazir Türkiyə-Ermənistan sərhədlərinin açılması perspektivlərindən və bunun Azərbaycana, o cümlədən region ölkələrinə vəd etdiyi iqtisadi potensialdan söz açıb.
 
E. Məmmədyarov əlavə edib ki, Naxçıvana birbaşa gedən Zəngəzur dəhlizinin də buna aidiyyəti var:
 
“İlk növbədə, Rəşt-Astara dəmiryoludur ki, hazırda bu barədə Rusiya-İran-Azərbaycan danışıqları gedir.
 
İkincisi, Zəngilandan yeni körpünün tikilmə planı var ki, oradan da Bəndər-Abbas-Culfa dəmiryolunun tikintisi planlaşdırılır.
 
Üçüncüsü isə Zəngəzur dəhlizindən keçən 42 km-lik yoldur ki, Türkiyənin marağında olan ən əsas amil budur. O cümlədən Rusiya və Azərbaycan da bunda maraqlıdır”.
 
“Allahın İranı belə bunu müzakirə etməkdən çəkinsə də, düşünürəm ki, İran tərəfi daha çox istəyir ki, Zəngilana gedəcək dəmiryolu körpüsü inşa edilsin. Çünki İranın marağında var ki, Rusiya və Çindən gələn mallar İran ərazisindən keçsin. Ona görə ki, iqtisadi baxımdan bu, İrana böyük perspektiv vəd edir”, – əlavə edib.
 
“O ki qaldı Ermənistana, gərək, Ermənistan hökuməti bu barədə dəqiq qərar qəbul etsin. Amma mənə elə gəlir ki, bu, onların da maraq dairəsindədir. Çünki tranzit ölkə olduğu üçün onlar da gəlir əldə edəcəklər. Yox, əgər istəməsələr, babalı onların boynuna, özləri bilərlər. Amma Azərbaycan öz işini qurub və istəklərini yerinə yetirir”, – yekunlaşdırıb.

1-05-2023, 18:14 90

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102