Moskvada İnterpolun tələbi ilə milyarder və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin generalı Aleksey Korotayevin oğlu saxlanılıb. Yenicag.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, “Kutuzovskaya” metro stansiyasında kameralar vasitəsilə müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Generalın oğlu İsveçrə hakimiyyətinin tələbi ilə beynəlxalq axtarışa verilmişdi.