Medvedev Polşa haqqında "iyrənc" postunun Mask tərəfindən nədən bloklandığını açıqladı...

Medvedev Polşa haqqında

"Twitter" Amerikanın maraqlarından çıxış edən sosial şəbəkədir və biz öz təbliğatımızı irəliyə aparmaq üçün ondan riyakarcasına istifadə etmişik..."
 
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev etiraf edib ki, Rusiya hakimiyyəti "Twitter" sosial şəbəkəsindən "tamamilə riyakarcasına" öz "təbliğat məqsədlərini" irəliyə aparmaq üçün istifadə edib.
 
Sumqayit.tv Moderator.az-a istinadən xəbər verir ki, bu barədə Medvedev "RİA Novosti" informasiya agentliyinin sualına cavabında deyib.
Jurnalistlər məmurdan Polşanın hakimiyyətdə rusofobların olduğu dönəmındə Rusiya üçün mövcud olmaması, Ukraynada isə çoxsaylı Polşa muzdlularının olması barədə postunun nədən "Twitter" tərəfindən  ləğv edildiyini soruşub.
Bu suala cavabında Medvedev deyib ki, bu sosial şəbəkə "Dövlət Departamenti və ukraynalılar qarşısında əyilməli olub".
"Heyhat, İlon bu tapşırığın öhdəsindən gələ bilməyib..." - Medvedev yazıb və əlavə edib ki, öz məqsədlərini irəliyə aparmaq üçün rusiyalı təbliğatçılar "Twitter"siz də ötüşə bilər.
"Nəticə etibarilə bu, sadəcə, Amerika hökumətinin maraqlarından çıxış edən xarici sosial şəbəkədir. Biz riyakarcasına ondan öz təbliğat məqsədlərimizi irəliyə aparmaq üçün istifadə etmişik", - Medvedev bəyan edib.
O, qeyd edib ki, Rusiyanın məqsədi "bütün düşmənləri" məğlubiyyətə uğratmaqdır, bu sırada o, ABŞ, NATO, "Ukrayna nasistləri", "iyrənc Polşa" və "Qərb yaramazları"nı qeyd edib.
Rusiyalı məmurun sözlərinə görə, Rusiyanın məqsədi həmçinin "bizə məxsus olan bütün torpaqların" qaytarılmasıdır.
Medvedev Rusiyanın yüksək vəzifəli məmurlarından ilk olaraq 2010-cu ildə özünə "Twitter" səhifəsi açıb. O zaman o, Rusiyanın prezidenti olub. 
Ukraynada müharibə başlanandan Medvedev qatı militarist kimi daima Qərb ölkələrinin ünvanına hədə-qorxu gəlib, bu zaman nüvə müharibəsi barədə mülahizələr yürüdərək sərt ritorika və az qala küçə söyüşlərindən yararlanıb.

2-05-2023, 08:28 88

Digər xəbərlər

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102