"Mən də Polşa səfirini Moskva çayında üzən vəziyyətdə və ya ölü tapılacağını gözləyirdim..."



"Polşa Vyana konsulluq konvensiyasını kobud şəkildə pozur..."
 
Rusiyanın sabiq uşaq ombudsmanı Polşa səfirinin öldürüləcəyini istisna etməyib, Varşavanın cavabı özünü çox gözlətməyib
 
Rusiyanın dövlət xadimi, Rusiya prezidenti yanında uşaq hüquqları üzrə sabiq müvəkkil Pavel Astaxov bəyan edib ki, Polşanın Rusiyadakl səfirini Moskva-çayında batırmaq lazımdır. Varşava bu fikri pisləyib.
 
Sumqayit.tv Moderator.az-a istinadən xəbər verir ki, bu barədə o, "Rossiya-1" federal telekanalında "Bazar axşamı" proqramının efirində bəyab edib.
 
O, aparıcı Vladimir Solovyova Polşanın "Vyana konsulluq konvensiyasını kobud şəkildə pozduğundan" şikayətlənib.
 
"Baxın, onlar nə edir, onlar diplomatları mənzillərindən qovub, istirahət evlərindən qovub, bizim diplomatik nümayəndələrimizin hesablarına həbs qoyub, sonra bütün pulları götürüb, indi də məktəbi əllərindən alıb. Biz buna necə cavab veririk? Etiraz notası verir, səfiri geri çağırırıq", - Astaxov hiddətlənib.
 
Daha sonra o, bir il öncə mayın 9-da Polşada səfir Sergey Andreyev Varşavada Qırmızı ordu əsgərlərinin dəfn edildiyi məzara əklil qoymaq istərkən onun üzərinə qırmızı boya töküldüyünü xatırladıb.
 
"Mən də gözləyirdim ki, Polşa səfiri Moskva-çayında üzən vəziyyətdə və ya ölü tapılacaq. Mən nədən bu barədə danışıram? Çünki bu, dost olmayan təzahürlərə cavab tədbirləridir. Bu, beynəlxalq hüquq çərçivəsindədir", - sabiq uşaq ombudsmanı bəyan edib.
 
Polşa Xarici İşlər Nazirliyi bu şərhi pisləyib.
 
"Polşanın Xarici İşlər Nazirliyi Pavel Astaxovun Polşa səfirinin qətlə yetirilməsinin istisna edilməməsi barədə bəyanatını pisləyirik. Rusiyaya Vyana konvensiyasına uyğun olaraq bütün diplomatların təhlükəsizliyini təmin etməyə çağırış edirik", - bəyanatda deyilir.
 
Ələvə edək ki, aprelin 29-da Varşava hakimiyyəti Rusiya səfirliyi nəzdində rusiyalı diolomatlarının övladlarının oxuduğu məktəbi dövlətin hesabına müsadirə edib. Rusiyalılara binanı yeddi saat ərzində tərk etmək əmr edilib.

2-05-2023, 10:33 92

Digər xəbərlər

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102