Sumqayıt Dövlət Dram Teatrı "Bütün siçanlar pendiri sevir" nağılı premyerası təqdim edir

Sumqayıt Dövlət Dram Teatrı bütün kontingentdən olan tamaşaçıların estetik tələbatına uyğun repertuar siyasəti qurur. O cümlədən balacaların teatr istəkləri hər zaman yaradıcı heyətin diqqət mərkəzindədir.
Tamaşaları ilə   maraq doğurmuş teatrın quruluşçu rejissoru Fuad Kazımov bu dəfə uşaqların bədii-estetik zövqünü təmin etməkdən ötrü dünya dramaturgiyasına müraciət edib. Görkəmli macar yazıçısı və dramaturqu Dyula Urbanın siçanlarla bağlı ibrətamiz hekayəsi Fuad Kazımovun rejissor  yanaşmasında tamaşaçılara çatdırılacaq.
"Bütün siçanlar pendiri  sevir" nağılı dünyanın bir çox ölkələrində balaca tamaşaçılar üçün hazırlanıb. Sumqayıt teatrında ilk dəfə quruluş verilən bu əsər Nizami Mirzəyevin  tərcüməsi ilə teatrımızın səhnəsində artıq öz uğurlu  həllini tapıb.
Məşhur pendir zavodunun zirzəmisində yaşayan boz siçan ailəsi rahatdır. İsti yuva, çoxlvu pendir və tərbiyəli oğul ailənin xoşbəxtliyini təmin edir. Amma ağ siçan ailəsinin zirzəmiyə köçü ilə hər şey mənfiyə doğru dəyişir.  Rəng fərqi ailələri üz-üzə qoyur. Böyüklərin fikir ayrılığı bir-birinə bağlanmış Şoma və Fruji arasında məhəbbətə təsir edə bilmir.
Sehrbazın köməyi ilə əsərin qəhrəmanları- Şoma və Fruji səadətə qovuşurlar. Bütün maneələri aşa bilən, xırda hissləri üstələyən gözəl, təsirli dostluq və sevgi hekayəsi mühüm ideyanı çatdırır: rəng yox, münasibətilərin qurulması və bölüşmək düşüncəsinin formalaşması önəmlidir.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, icraçı rəssamı Nizami Dadaşov, baletmeyster Kamil Ağayevdir.
Musiqi tərtibatı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevə aiddir.
Premyerası ilə balaca tamaşaçıları  çox sevindirən maraqlı əsərin növbəti  nümayişi may ayının  25-i, 26-ı və həmçinin iyun ayında gerçəkləşəcək.

18-05-2024, 16:13 303

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102