“Şuşa mədəniyyətinin inciləri”: musiqi məclisləri



Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtımızın musiqi məclislərinə həsr olunub.

Şuşa əzəldən Azərbaycanın musiqi beşiyi, mədəniyyət mərkəzlərindən biri sayılıb. Hələ XIX əsrin ikinci yarısında Şuşada muğam məclisləri təşkil olunub. Musiqi məclisləri əsl sənətkarlıq məktəbinə çevrilməklə yanaşı, bu sahənin inkişafına öz töhfəsini verib.
Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində Şuşanın tanınmış musiqi xadimlərinin yaratdığı məktəblər də mühüm rol oynayıb.
Onlardan biri XIX əsrin məşhur musiqişünası, klassik Şərq musiqisinin mahir bilicisi, şair Xarrat Qulu tərəfindən yaradılıb. Xarrat Qulunun məktəbinə səsi olan gənclər götürülüb, musiqi məclisləri təşkil olunub, Şərq musiqisinin əsasları, muğamlar, Azərbaycan el havalarını düzgün oxumaq qaydaları öyrədilib.
XIX əsrin sonlarında Şuşada fəaliyyət göstərmiş bir başqa musiqi məktəbi isə “Kor Xəlifənin məktəbi” (1883-1893) idi. Bu təhsil ocağı Molla Əli Molla Kəlbəli oğlu (təxəllüsü Kor Xəlifə) tərəfindən açılıb. Bu məktəbdə dini elmlərlə yanaşı, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onların ifaçılıq xüsusiyyətləri, musiqi nəzəriyyəsi və praktikası, tar, kamança və digər musiqi alətlərinin ifası tədris olunub. Bir sözlə, “Kor Xəlifənin məktəbi”ndə kamil musiqişünas və ədəbiyyatçılar yetişib bu da öz növbəsində klassik musiqinin daha geniş təbliğinə rəvac verib.
Xarrat Qulu dünyasını dəyişəndən (1883) sonra görkəmli musiqişünas alim Mir Möhsün Nəvvab Qarabaği muğam ustadı Hacı Hüsünün yaxından iştirakı ilə Şuşada yeni musiqi məclisi təşkil edib. “Xanəndələr məclisi” də adlanan bu məclis uzun illər həm də musiqi məktəbi rolunu oynayıb. Yaradılmasında əsas məqsəd isə yeni xanəndələr nəsli yetişdirmək, bu sənəti xalq arasında geniş yaymaq və klassik Azərbaycan muğamlarını daha da inkişaf etdirmək olub.  
XIX əsrin sonlarında Şuşada “Molla İbrahimin məktəbi” də məşhur olub. Bu musiqi məktəbi daha çox dini xarakter daşıyıb. Yalnız məlahətli, gözəl səsli, poeziyaya xüsusi həvəsli istedadlı gənclərin seçilib götürüldüyü bu təhsil ocağında klassik muğamlardan dərs keçilib, fars, ərəb dilləri öyrədilib. Məktəbdə Qarabağın bir sıra musiqi xadimləri, xanəndələri, eləcə də dahi vokalçı Bülbül, Mehralı oğlu Bahadır və digərləri təhsil alıblar. “Molla İbrahimin məktəbi” təxminən 1920-ci illərədək fəaliyyət göstərib.

11-04-2022, 15:06 405

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101