Barəsində cinayət işi başlanılan gömrük xidməti general-mayoru Kənan Məmmədov bundan əvvəl Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.
Həmin dövrdə sahibkarlar K.Məmmədov barəsində çoxsaylı şikayətlər edirdilər. Bir müddət əvvəl Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə, Kənan Məmmədov Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilərək Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi təyin olunmuşdu.