AQTA enerji içkiləri ilə bağlı xəbərdarlıq etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirilən monitorinqlər zamanı enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair yanlış təəssürat yaradan məhsullar istehsal edən sahibkarlıq subyektlərinə və satış şəbəkələrinə ciddi xəbərdarlıq olunub.

Bu haqda AQTA məlumat yayıb.

Bildirilib ki, eyni zamanda həm istehsalçı şirkətlər, həm də satış şəbəkələrinin rəhbərləri ilə görüşlər keçirilib, onlara öz fəaliyyətlərini normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirmələri barədə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, nəzarət tədbirləri çərçivəsində enerji içkiləri ilə bağlı Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrdən irəli gələrək 2022-ci il 1 avqust tarixindən ticarət və ictimai iaşə müəssisələrində aidiyyatı qurumlarla birgə 1537 ticarət və ictimai iaşə müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlər zamanı qeyd olunan sahədə fəaliyyət göstərən 297 ticarət şəbəkəsində enerji içkisi olmayan içkilərin enerji içkiləri kimi satışının həyata keçirildiyi vitrinlərdə satılması, həmin məhsulların qiymət kağızının üzərində məhsulun enerji içkisi kimi təqdim edilməsi kimi nöqsanlara rast gəlinib. Aşkarlanan faktlarla bağlı sahibkarlıq subyektləri barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Agentlik müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bir daha xəbərdarlıq edərək bəyan edir ki, enerji içkilərinin istehsalı və satışı yalnız qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli və istehlakçı hüquqlarının pozulmasına yol verilməməlidir.

7-09-2022, 19:19 168

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102