Sumqayıt Apellyasiya Məhkəməsi hakimiyyət nümayəndəsinə müqavimət göstərən şəxsə cəza hökmünü qüvvədə saxladı

 

Sumqayıt Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmədə təqsirləndirilən Yunis Əsgərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya protesti və şikayət üzrə məhkəmə iclası yekunlaşıb.

Sumqayit.tv xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti və şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, Yunis Əsgərov bu ilin əvvəlində Siyəzən şəhərində sərxoş vəziyyətdə olarkən şəxsi münasibətlər zəminində Zaman Budaqov adlı şəxsə bıçaqla xəsarət yetirib. Yaralı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildikdən sonra, təqsirləndirilən şəxs də xəstəxanaya gələrək səs-küy salıb.

Hadisə barədə Siyəzən Rayon Polis Şöbəsinə məlumat verilib və Yunis Əsgərov polis əməkdaşları tərəfindən şöbəyə gətirilib.
Lakin o, şöbədə qanuni tələblərə tabe olmayıb, nalayiq ifadələr işlədib və polis əməkdaşına zərbə vurub.

Nəticədə, hadisə zamanı zərərçəkmiş polis əməkdaşı S.M. sağlamlığa yüngül zərər vuran xəsarət alıb.

Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Yunis Əsgərov 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Bu qərardan verilən apellyasiya şikayəti və protest isə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib.


7-11-2025, 10:25 84

Digər xəbərlər

Lionel Messi atasına son vidanı etdi-FOTO

Sumqayıtda gecə saatlarında motosikletlərə qarşı NƏZARƏT GÜCLƏNDİRİLDİ – 30-a yaxın sürücü cəzalandırıldı-VİDEO

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

Sumqayıtda sabah 39 dərəcə isti olacaq

İlham Əliyev və Nikol Paşinyan telefonla danışdı

Paşinyandan Azərbaycanla bağlı SÜLH AÇIQLAMASI

SDU rektoru abituriyentlərə müraciət etdi: “Doğru seçim gələcək uğurlarınızın təməlidir”-FOTO

Sumqayıtda avtomobil təmiri sexində GÜCLÜ YANĞIN – Sex tamamilə yandı

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar açıqlanıb – Bu sahələr ön plandadır

Zakir Fərəcov 9-cu mikrorayonda sakinlərlə səyyar qəbul keçirdi-FOTO

İlham Əliyevdən Azərbaycan-Tacikistan təhsil əməkdaşlığı ilə bağlı FƏRMAN

Sumqayıtda 9-cu mikrorayonda, "Bravo"nun qarşısında qazılan yol sakinləri çətin vəziyyətdə qoydu

Şabranda ər-arvadı qətlə yetirənlərə verilən ömürlük həbs cəzası qüvvədə saxlanıldı

13-cü mikrorayondakı park yenidən uşaqların ixtiyarına verildi

Sumqayıtda avtomobil qaçıran və çimərlikdə oğurluq edən şəxslər saxlanıldı

Ceyranbatanda 1500 abonentə qaz verilişi dayandırılacaq – SƏBƏB AÇIQLANDI

Sumqayıt sakinlərinin olduğu avtomobil qəzaya düşdü-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Bu gün, 02:13
Bu gün, 01:49
Dünən, 18:48
Dünən, 13:39
8-08-2026, 18:23
8-08-2026, 16:12
8-08-2026, 15:43
8-08-2026, 12:55
8-08-2026, 11:06
8-08-2026, 11:04
8-08-2026, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
6-08-2026, 13:15
6-08-2026, 12:46
6-08-2026, 12:04
6-08-2026, 11:55
6-08-2026, 11:53
6-08-2026, 11:18
6-08-2026, 11:15
5-08-2026, 19:38
5-08-2026, 17:50
5-08-2026, 16:02
5-08-2026, 14:48
5-08-2026, 14:01
5-08-2026, 13:43
5-08-2026, 11:56
1 2 3 4 5 6 7 8 9 10 ... 1095