
İyunun 28-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti buğda yükü göndəriləcək.
Sumqayit.tv xəbər verir ki, məlumata görə, Ermənistana ümumilikdə 11 vaqon buğda tədarük olunacaq.
Yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək. Qatar Azərbaycan ərazisindən tranzit keçərək yükü təyinat məntəqəsinə çatdıracaq.
Qeyd edək ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı olaraq müxtəlif ölkələr arasında tranzit yükdaşımalarının həyata keçirilməsini davam etdirir.
Dünən, 23:36
10