Vəfat edən pensiyaçının təqaüdü ailə üzvləri arasında bölünəcək

"Ailə başçısını itirməyə görə, pensiya məbləğlərinin hesablanması qaydalarında yeni təklif olunan dəyişikliklər ilə bağlı müraciətlərin sayının çox olduğunu nəzərə alaraq qeyd etmək istərdik ki, bu istiqamətdə 2 yenilik nəzərdə tutulur”.
 
Bu haqda Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.
 
Deputat qeyd edib ki, "Əmək Pensiyaları haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik ailə başçısını itirdikdən sonra dünyasını dəyişmiş şəxsın pensiyasının ailə üzvləri arasında bölüşdürülməsini nəzərdə tutur:
 
"Hazırda yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Yəni dəyişikliklərdən sonra bu, reallaşacaq.
Məsələn, 400 manatı alan ailə başçısı dünyasını dəyişdikdən sonra onun yoldaşı öz pensiyasını almaqda davam edir. Yəni, o, dünyasını dəyişmiş yoldaşının pensiyasını seçmir. Bu halda dünyasını dəyişmiş şəxsin yoldaşı öz pensiyasını alacaq və digər 400 manat isə ailə üzvləri arasında aylıq bölüşdürüləcək. Dünyasını dəyişən ailə başçısının pensiya kapitalı da indeksləşdirilərək artırılacaq”.
Parlamentari qeyd edib ki, daha çox sualların ünvanlandığı digər dəyişiklik pensiyaçı dünyasını dəyişəndən sonra onun əmək pensiyasının sığorta hissəsi məbləğinin indeksləşdirilməsi ilə bağlıdır:
 
"Yeni layihə qəbul olunandan sonra, dünyasını dəyişən şəxsin pensiya kapitalının indeksasiya olunub artırılması halı mümkün olacaq.  Qanunun 18.3-cü maddəsinə ediləcək düzəlişə əsasən, pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.
Məsələn, pensiyaçı dünyasını dəyişən zaman onun əmək pensiyasının sığorta hissəsi 50 min manatdır. Bu halda həmin şəxsin orta pensiya məbləği 347 manatdır (50 min manat/144 ay). Amma onun ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ 7 ildən sonra yaranır. Bu illər ərzində isə indeksasiya faizi 30 il olub. Bu zaman 50 min manat kapitalın üzərinə 15 min manat əlavə olunacaq. Bu halda dünyasını dəyişən vətəndaşımızın əmək pensiyasının sığorta hissəsi 75 min manata çatdırılacaq ki, bu da ailə üzvü və ya üzvlərinin daha çox vəsait almasına imkan verəcək. Bununla da həmin şəxs üçün orta pensiya məbləği 347 manatdan 421 manatadək yüksələcək. Sığorta məbləğinin həcmi böyük olan zaman artımlar daha böyük faizlə ifadə olunacaq”.
 
Dəyişiklik layihəsi Milli Məclisin 26 aprel tarixli plenar iclasında müzakirəyə çıxarılacaq.(Modern.az) 


25-04-2022, 15:40 177

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101