Xaçmazda “Yaz festivalı” keçirilib

Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı  ilə ölkədə ilk dəfə olaraq mayın 14-də Xaçmaz rayonunda aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” keçirilib. Festivalda kənd təsərrüfatı naziri İnam Kərimov,  Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev, Kənd Təsərrüfaı Nazirliyinin tabeli qurumlarının nümayəndələri, rayon icra hakimiyyətinin məsul şəxsləri, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.
Festivalın keçirilməsində məqsəd fermerlərə dəstək məqsədilə müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarına öz məhsullarını nümayiş etdirmək, fermerlərin bu məhsullara əlçatanlığını təmin etmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.
Nazir İnam Kərimov kənd təsərrüfatı texnikaları və ehtiyat hissələri, yerli istehsal toxumlar, ting, gübrə və kənd təsərrüfatı məhsullarının sərgiləndiyi stendlərə baş çəkib. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib. Eyni zamanda, festival çərçivəsində kənd təsərrüfatı texnikalarının sərgi-satış yarmarkası keçirilib.  Fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması, gübrələrdən düzgün istifadə qaydaları haqqında ətraflı məlumatlar verilib və informasiya materialları təqdim olunub.
Tədbirdə həmçinin qonaqlar üçün kənd təsərrüfatı şirkətlərinin təqdimatı, milli kulinariya nümunələri təqdim edilib, yeni növ “Bahar” çörəyinin, “Paytaxt” və “Xaçmaz” brendlərinin təqdimatı keçirilib, mədəni-etnoqrafik tədbirlər təşkil olunub.
Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib

16-05-2022, 10:20 238

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 23:18
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102