Azərbaycanda “Ağıllı poçt qutuları”nın istehsalına başlanıldı



İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycanda “Ağıllı poçt qutuları”nın ( “Kargomat”) istehsalına və tətbiqinə başlanılıb.

Agentlikdən verilən məlumata görə, yaxın iki ildə 500-dən çox “Kargomat”ın istehsalı və quraşdırılması nəzərdə tutulur.
Bununla bağlı 2021-ci ildə istehsalçı şirkət və sifarişçi arasında uzunmüddətli əməkdaşlıq haqqında sənəd imzalanıb. Layihə Azərbaycanda innovativ sahibkarlığın inkişafı, yeni texnoloji istehsal sahələrinin yaradılması, texnoloji məhsulların ixrac potensialının gücləndirilməsi, həmçinin logistika sektorunun inkişafını nəzərdə tutur. Hazırda terminalların Türkiyədə qurulması ilə bağlı danışıqlar aparılır ki, bu da öz növbəsində Azərbaycan və Türkiyə arasında innovativ sənaye istehsalı sahəsində kooperasiyanın genişləndirilməsinə xidmət edəcəkdir.
“Kargomat” tam avtomatlaşdırılmış poçt qutularından ibarət terminaldır. Bu terminallar vasitəsilə bağlamaları 7/24 rejimində növbə gözləmədən, təhvil nöqtələrinin və kuryerlərin iş qrafikindən asılı olmadan əldə etmək mümkündür.
“Kargomat” sensor ekran, POS-terminal, QR-kod və barkod skanerlər, videomüşahidə kameraları və etibarlı elektron qıfıllar ilə təchiz olunub. Terminalların fəaliyyəti kuryerlərin onlayn xidmətlərinə inteqrasiya olunub və tam avtomatik çalışır, operatorlar şəbəkənin distant nəzarətini və idarəedilməsini həyata keçirirlər. Bağlamaların ölçüsünə uyğun olaraq “Kargomat”larda müvafiq yuvalar var.
“Kargomat”ın işləmə prinsipi çox sadədir. Alıcı onlayn mağazada məhsulu sifariş etdikdən sonra çatdırılma üsulu kimi özünə ən yaxın olan “Kargomat” terminalını seçir. Bağlama qeyd olunmuş “Kargomat”a çatdırıldıqda istifadəçi SMS vasitəsilə bildiriş alır. Üç gün ərzində bildirişdə qeyd olunan kodu daxil etməklə bağlamanı əldə etmək mümkündür. Hazırda kuryer xidmətləri ilə anlaşma çərçivəsində “Kargomat”lara çatdırılma pulsuzdur. “Kargomat”ların market və ticarət şəbəkələrində, nəqliyyat qovşaqlarında və s. ərazilərdə yerləşdirilməsi davam edir.
İnkişaf etmiş ölkələrdə belə “ağıllı poçt qutuları” uzun müddətdir, istifadə edilir. Pandemiya dövründə xüsusilə kuryer və alıcı arasında təması nəzərdə tutmayan çatdırılma xidmətlərinə dünyada tələbat artıb. Bir sıra xarici ölkələrdə çatdırılmaların 70%-dən çoxu məhz “ağıllı poçt qutuları” vasitəsilə həyata keçirilir.

17-05-2022, 11:30 430

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 23:18
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102