Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) jurnalist Qadir İbrahimlinin ölümü ilə bağlı məlumat yayıb.
TƏBİB-dən Sumqayit.tv verilən məlumata görə, Q.İbrahimli bu gün səhər saat 09:30 radələrində dünyasını dəyişib.
"O, kəskin qaraciyər sirrozu diaqnozu ilə 18 may 2022-ci ildə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin ciddi səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik!", - məlumatda bildirilib.