Bu məhkumlar azad ediləcək - Əfv Komissiyası kriteriyaları ELAN ETDİ


Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası aprelin 26-dan bu günə qədər 600-dən çox müraciətə baxıb. 
Sumqayit.tv-nin xəbərinə görə, hüquq müdafiəçiləri "siyasi məhbus" hesab edilən 37 nəfərin əfv edilməsi üçün onların sənədlərini Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təqdim ediblər. Onlar arasında həbsdə olan jurnalistlər, bloqerlər, hüquq müdafiəçiləri, qəzet redaktorları və digərləri də var.
 
Əfv Məsələləri Komissiyasına göndərilən siyahıda AXCP fəalı Saleh Rüstəmli, ömürlük həbs cəzası alan Şəmsi Səmədzadə, sabiq deputat Hüseyn Abdullayev və digər tanınmışların da adı salınıb. Bununla bərabər, əfv üçün müraciət edən məhbuslar arasında keçmiş OMON-çular da var.
 
Əfv Məsələləri Komissiyasının üzvü, tanınmış hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, əfvlə bağlı daxil olan müraciətlərə baxılarkən bir sıra kriteryalar rəhbər tutulur.
 
Həmin kriteriyalar bunlardır:
 
- Cinayətin təhlükəlilik dərəcəsi,
 
- Ailə vəziyyəti, himayəsində yetkinlik yaşına çatan uşaqların olması,
 
- Qalan cəza müddəti,
 
- Məhkumun dövlət və cəmiyyət qarşısında xidmətləri - bu kriteriyada şəhid, qazi, müharibə veteranı ailələrinin üzvü olması da nəzərə alınır,
 
- Məhkumun islaha meylliliyi,
 
- Əvvəllər məhkum olub-olmaması və s. 
 
Qeyd edək ki, 28 May Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı imzalanacağı ehtimal olunur. Sərəncamın nə zaman veriləcəyi və kimlərə aid ediləcəyi hələlik məlum deyil.
 
Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ümumilikdə, 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb və bunun nəticəsində 5672 məhkum tam olaraq cəzadan azad edilib və ya qalan hissəsi azaldılıb.




20-05-2022, 16:30 191

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102