Gürcüstandan gələn müsəlman din xadimləri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.
Sumqayit.tv xəbər verir ki, din xadimləri Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, tarixi məkanlarla, erməni vandalizminə məruz qalmış dini abidələrlə, eləcə də Azərbaycan dövlətinin həyata keçirdiyi quruculuq işləri ilə tanış olacaqlar.