Mayın 25-dən Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılır.
Bu barədə Sumqayit.tv-yə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.
O qeyd edib ki, Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir.
QMİ rəsmisinin sözlərinə görə, 30 iyun 1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.