Daxili İşlər Nazirliyində yeni təyinat olub. Sumqayit.tv lent.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin rəis müavini, polis polkovniki Elnur Nəsibov tutduğu vəzifədən azad edilərək, elə həmin idarənin rəisi təyin edilib.
Qeyd edək ki, Kriminalistik Tədqiqatlar İdarəsinin sabiq rəisi Gündüz Sadıqov bu ilin martında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.