Azərbaycanlı və erməni gənclər GÖRÜŞƏCƏK

OFAJ-ın (Fransa-Almaniya Gənclər Ofisi) “Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində yeni əməkdaşlıq istiqamətləri” adlı proqramı çərçivəsində 10 azərbaycanlı gənc 6-10 iyun tarixlərində Strasburqda səfərdə olacaq.
 
Sumqayit.tv APA-ya istinadən xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Fransa səfiri Zakari Qross deyib ki, azərbaycanlı gənclər orada fransız, alman və erməni gənclərlə görüşəcək.
 
Səfirin sözlərinə görə, Fransa, Almaniya və Avropa İttifaqının dəstəklədiyi Azərbaycan və Ermənistan arasında sülh danışıqları kontekstində OFAJ ermənilərlə azərbaycanlılar arasında barışıq prosesində iştirak etmək məqsədi güdür: “Bu təşəbbüs Brüsseldə müzakirə olunub və ötən ilin dekabrında liderlərin görüşündə razılaşdırılıb. Bu, Almaniya və Fransanın birgə təşəbbüsüdür və “Şərq Tərəfdaşlığı” çərçivəsində reallaşdırılır”.
 
Diplomat bildirib ki, Almaniya-Fransa barışıq prosesinin Ermənistan və Azərbaycan arasında da reallaşması mümkündür, onlar buna inanır: “Strasburqda ilk belə görüş baş tutacaq. Biz çox şadıq ki, gənc nəsil bu regionda sülh və barışa dəstək verir.
 
Artıq həm siyasi, həm diplomatik, həm elmi, həm mədəni səviyyələrdə sülh yaratmağın zamanıdır. Bilirəm, bu çətin ola bilər, amma vacibdir”.
 
Zakari Qross qeyd edib ki, Zəngilan, Ağdam və digər azad edilmiş ərazilərdə infrastruktur tikilir, bərpa olunur: “Və heç kim istəmir ki, gələcəkdə bu ərazilər yenidən hücuma məruz qalsın, ölkələr arasında münaqişə yenidən baş versin. Bunun üçün isə sülh vacibdir. Avropa İttifaql bu regionda sülhü, stabilliyi dəstəkləyir, prosesə töhfə verməyə çalışır”.
 
Almaniya səfiri Volfqanq Maniq isə deyib ki, Fransa və Almaniya Xarici İşlər nazirləri də bu təşəbbüsə dəstək verir: “Almaniya və Fransa arasında münaqişə yüz illər davam edib. Amma biz artıq öz regionumuzda sülhə nail olmuşuq.
 
Bu günlərdə İrəvandakı həmkarlarımız da sizinlə təmas quracaq erməni gənclərlə görüşür.
 
Hər iki ölkənin gəncləri bir araya gələrək ortaq gələcəyi müzakirə edəcəklər. Bizim regionun uğuru gənclər üçün ilham mənbəyi olacaq. Bu çətindir, amma biz prosesi başlatdıq. Əminik ki, siz, Fransa və Almaniya xalqından öyrənəcəksiniz.
 
Bizim ölkələrimizin nailiyyəti göstərir ki, sülh və barışıq mümkündür. Mən ümid edirəm ki, oxşar gələcək bu regionda da mümkün olacaq”.

3-06-2022, 11:11 220

Digər xəbərlər

Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb

Prezidentdən son dəqiqə Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Ölkə üzrə Milli Qurtuluş Günü qeyd olunur

Sumqayıtda baxımsız qalan ərazi tülkülərin məskəninə çevrilib?-VİDEO

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

Novxanıda hotel ərazisində məktəbli vəfat edib – araşdırma aparılır

DİM magistratura imtahanı keçirəcək – 15 minə yaxın bakalavr iştirak edəcək

Abşeronun bəzi ərazilərində qaz təchizatı dayandırılıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 11:42
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 15:13
Dünən, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
1 2 3 4 5 6 7 8 9 10 ... 1063