2022-ci ilin may ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 127,9 min nəfərdən çox olub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Sumqayit.tv-yə verilən məlumatda bildirilib.
Qeyd edilib ki, onlardan 99,6 min nəfərdən çoxu yaşa, 14 min nəfərdən çoxu əlilliyə, 14,2 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alıb.