Hepatit xəstələrinə pulsuz dərmanlar verilir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yaradılmış müvafiq komissiyanın fəaliyyəti çərçivəsində cari ilin aprel-may ayları ərzində 40 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib.
 
Agentlikdən  verilən məlumata görə, təchiz edilən dərman preparatları “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunur. Qeyd edək ki, hepatit B virusunun müalicəsi üçün pasiyentlərə  “Tenofovir”, hepatit  C virusuna qarşı üçün isə “Sofosbuvir”  və  “Daklatasvir” dərman preparatları verilir.
 
Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərən Komissiya tərəfindən bu ilin aprel-may ayları müddətində ümumilikdə 83 vətəndaş qəbul edilib. Onlardan 40 nəfərin müalicəyə cəlb olunmasına dair qərar qəbul olunub və həmin şəxslər dərman preparatları ilə təmin ediliblər. 30 nəfər müvafiq müayinələrə göndərilib və müayinə nəticələri əsasında onlara müalicənin təyin olunub-olunmaması barədə qərar veriləcək. 9 nəfərə hazırda müalicəyə ehtiyac olmadığı bildirilib və onlara həkim müşahidəsi altında qalmaları tövsiyə olunub. 4 nəfərin isə xəstəlikdən sağaldığı aşkarlanıb.
 
Komissiyanın sədri, Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, infeksion xəstəliklər üzrə həkim-mütəxəssis Fərrux Sədirovun sözlərinə görə, vətəndaşın tibbi xidmətdən yararlanması üçün ilk növbədə onun sağlamlıq vəziyyəti qiymətləndirilməlidir:
 
“Hepatit B və C xəstəsi və ya daşıyıcısı olan, eləcə də xəstəliyin əlamətlərini özündə hiss edən və yaxud infeksiyaya yoluxmuş şəxslə təmasda olmuş vətəndaşlar müayinə və müalicə üçün müraciət edə bilər. Bununla bağlı şəxs öncə qeydiyyatda olduğu yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzinə yaxınlaşmalıdır. Burada pasiyentlər həkim-infeksionist və ya ailə/sahə həkiminin göstərişinə uyğun olaraq müayinələrdən keçirlər. Müayinələrin aparılması poliklinika və ya Ailə Sağlamlıq Mərkəzlərində mümkün olmadıqda, vətəndaş göndərişlə müvafiq dövlət tibb müəssisəsinə istiqamətləndirilir. Vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsi müayinə nəticələrinə və tibbi göstərişə əsasən pasiyentin tibbi sənədlərini müraciət qaydalarına uyğun olaraq Komissiyaya təqdim edir.
Məlumat üçün bildirək ki, pasiyent həkimə virusa yoluxma faktını təsdiqləyən son 3 aya aid sənəd təqdim etdiyi halda yeni laborator və instrumental müayinə tələb olunmur. Onun Komissiya tərəfindən qəbul olunması üçün qeydiyyatda olduğu yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzi Komissiyanın katibinə elektron müraciət ünvanlayır.
Vətəndaşlar Komissiya tərəfindən əvvəlcədən təyin olunan tarixdə, növbəlilik prinsipi və yalnız qeydiyyat əsasında həftənin çərşənbə günü qəbul olunurlar. Vətəndaşlar qəbul tarixi ilə bağlı Komissiya katibi tərəfindən öncədən məlumatlandırılır və dəvət olunur.
 
F. Sədirov qeyd edib ki, Komissiya pasiyentin müalicəyə ehtiyacı olub-olmaması ilə bağlı qərar qəbul edir. Bunun üçün zərurət yaranarsa, vətəndaş əlavə müayinələrə cəlb oluna bilər: “Əgər bu gərəkli olmazsa, anamnestik məlumatlar (sağlamlıqla bağlı ətraflı informasiya) toplanmaqla və xəstənin şikayətini dinləməklə qərar qəbul edilə bilər. Komissiya yekunda pasiyentin səhhəti ilə bağlı müvafiq rəy tərtib edir. Rəyə əsasən müalicəsinə qərar verilmiş şəxslərin səhhəti göndəriş verən həkim tərəfindən müşahidə olunmalıdır. Hazırkı vəziyyətdə müalicəyə ehtiyacı olmayan vətəndaşlara da diqqətlə yanaşılaraq, onlara bütün lazımi tövsiyələr verilir”.
 
Sonda Komissiya müalicəyə cəlb olunan pasiyentə müvafiq dərman preparatları barədə tibbi resept təqdim edir. Bu reseptə əsasən vətəndaş Kliniki Tibbi Mərkəz tərəfindən dərman preparatları ilə təmin olunur.
 
Diqqətə çatdırırıq ki, hepatit B və C xəstəliyinin ambulator müalicəsi üçün təyin olunan  dərman preparatlarının təminatı Xidmətlər Zərfinə daxil deyil. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə hepatit B və C virusunun müayinəsi və stasionar şəraitdə müalicəsi qarşılanır.



6-06-2022, 10:30 216

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102