Quru sərhədləri BU SƏBƏBDƏN açılmır

Azərbaycanda quru sərhədlərinin açılmasına dair müzakirələr davam edir. Yay mövsümündə sərhədlərin açılmasının turizm baxımından vacib olduğu bildirilsə də, rəsmi qurumlar quru yolu ilə gediş-gəlişin bərpasına tələsmirlər. Qonşu ölkələrdə koronavirusa yoluxma hallarının azalmasına baxmayaraq, Azərbaycanın quru sərhədlərini açmamasının səbəbləri maraq doğurur.
 
Azərbaycan quru sərhədlərini niyə açmır? Buna səbəb nədir?
 
Sumqayit.tv bildirir ki,bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, quru sərhədlərinin açılması məsuliyyət deməkdir:
 
“Bu məsuliyyəti Operativ Qərərgah boynuna götürməlidir. Biz pandemiyanın qarşısını aldıq, koronavirus təhlükəsini geridə qoyduq. Lakin bizdən fərqli olaraq, bəzi ölkələrdə vəziyyət yenə gərgindir. Çində, eləcə də Avropanın özündə yoluxma sayında yenidən artım müşahidə edilir. Bunları nəzərdən qaçırmaq olmaz”.
Deputat bildirib ki, dövlət qurumları monitorninq aparır, qonşu ölkələrdəki vəziyyəti yaxından izləyir:
“Dövlət öz addımlarını necə lazımdır, o formada da atır. Ancaq məsuliyyət söhbəti var. Bu gün biz deyirik ki, turizm mövsümü başlayır, quru sərhədləri açılsın. Bəs bunun məsuliyyətini kim öz üzərinə götürəcək? Dünən iki nəfərdə yoluxma aşkarlanıb. Sabah Allah göstərməsin, yoluxma 10 minə çıxsa, səhiyyə ocaqlarına belə təzyiq olsa, onda kim cavab verəcək? Yenə qapanma, yenə problem olacaq. Bunu istəyən varmı? Ona görə də, vətəndaşlardan səbrli olmalarını xahiş edirəm. Gəlin, dövlətin işinə qarışmayaq. Dövlət öz işini bilir. Prosesləri praqmatik formada aparır. Səbrli olaq, vaxtı gələndə Operativ Qərargah qərar verəcək və sərhədləri açacaq”.

Deputat Asim Mollazdə hesab edir ki, sərhədlərin açılması barədə qərar verərkən, qonşu ölkələrdə epidemik vəziyyəti nəzərə almaq lazımdır:
 
“Qonşu ölkələrdə, Rusiyada, İranda hələ problemlər öz həllini tapmayıb. Hətta Gürcüstanda yoluxanların sayında artım hiss olunur. Düşünürəm ki, bizim müvafiq orqanlar məhz qonşu ölkələrdəki vəziyyəti nəzərdən keçirməli, yoluxma sayının minimuma enməsindən sonra öz qərarını verməlidir”.


7-06-2022, 11:12 175

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102