Nazir şagirdlərin qəzaya düşməsindən DANIŞDI

Təhsil naziri Emin Əmrullayev Bakı-Şamaxı yolunda şagirdlərin olduğu avtobusun qəzaya uğramasına münasibət bildirib.
Sumqayit.tv xəbər verir ki, nazirin sözlərinə görə, valideyn qrupları tərəfindən təşkil olunan tədbirlərlə bağlı yalnız ehtiyatlı olmağı tövsiyə edə bilər.
İki tədbiri bir-birindən ayırd etməliyik. Biri dövlət qurumu tərəfindən keçirilən, biri də valideyn qruplarının təşkil etdikləri tədbirlərdir. Məsələn, biz Şuşaya səfər təşkil etmişdik. 300-ə yaxın şagird getmişdi. Burada biz aidiyyəti qurumlarla əməkdaşlıq etmişdik. Hansısa valideyn qrupları öz övladları ilə harasa gedirsə, bu halda mənim tövsiyəm bu olar ki, ehtiyatlı olsunlar. Bizim tərəfimizdən birmənalı olaraq təşkil olunan tədbirlər zamanı müvafiq tədbirlər görülür. Səhiyyə qurumları ilə, polislə əməkdaşlıq edilir. Mən onlara buna görə təşəkkür edirəm. Amma ayrı-ayrı valideyn qruplarının təşkil etdiyi tədbirlərə nəzarət də bir o qədər asan məsələ deyil. Çünki Azərbaycan azad ölkədir və istənilən valideyn qrupu öz övladları ilə harasa gedə bilərlər. Bu zaman qəzaların baş verməsi nə qədər xoşagəlməz olsa da, heç kim bundan sığortalanmayıb", - nazir vurğulayıb.
Emin Əmrullayev qeyd edib ki, hazırda vəziyyət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir: “Biz istənilən halda, həmişə uşaqların yanındayıq və istəyirik ki, hansısa mürəkkəbləşmə olmasın. Müəyyən xəsarət alan uşaqlar var ki, onların müalicəsi davam etdirilir. Şükür ki, daha ciddi fəsadlar olmayıb. İstəməzdik ki, belə hallar olsun, amma Azərbaycanda yol qəzaları olur”.
Qeyd edək ki, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu Şamaxıda qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

13-06-2022, 14:15 189

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102