Türkiyənin Konya şəhərində yerləşən aviabazada “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimi başlayıb.Sumqayit.tv xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimə Türkiyə Hava və Dəniz Qüvvələri ilə yanaşı, Azərbaycan, İngiltərə, İordaniya, Pakistan və NATO-dan olan hərbçilər qatılıb.