Quru sərhədlərin bağlı qalması üçün səbəb YOXDUR

Bu ilin ilk 5 ayında Azərbaycana gələn tursitlərin sayı 2.2 dəfə artaraq 468 minə çatıb. Gələnlərin 24,8 faizi Türkiyə, 24,7 faizi Rusiya Federasiyası, 13,8 faizi İran, 5,6 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Ukrayna, hər birindən 2,4 faiz olmaqla Hindistan və Pakistan, 1,7 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 12,9 faizi digər ölkələrin vətəndaşları olublar. Göründüyü kimi, Azərbaycana ən çox qardaş Türkiyədən gəlir.
 
Statistik məlumatlara görə, ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 505,9 dəfə, Səudiyyə Ərəbistanından - 198,2 dəfə, Küveytdən - 172,8 dəfə, Bəhreyndən - 70,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 69,5 dəfə, Pakistandan - 44,0 dəfə, Hindistandan - 26,5 dəfə, İsraildən - 9,1 dəfə, ABŞ-dan - 6,0 dəfə, Qazaxıstandan - 5,0 dəfə, Almaniyadan - 3,5 dəfə, Fransadan - 3,3 dəfə, Ukraynadan - 2,2 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 2,1 dəfə, İrandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, Gürcüstandan - 17,7 faiz artıb. Bir sıra ölkələrdən gələnlərin sayının kəskin artması pandemiya səbəbindən ötən il həmin dövlətlərdən Azərbaycanda səfər edənlərin sayının kəskin azalmasl ilə bağlıdır.
 
Belə ki, xüsusən körfəz ölkələrdən ötən il Azərbaycana gələnlərin sayı kəskin azalmışdı. 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,9 dəfə artaraq 107,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə artaraq 22,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 149,7 min nəfər olub.
 
Sumqayit.tv bildirir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azalmışdı.

"Bu ilin ilk aylarından etibarən ölkəmizə gələnlərin sayında artım olmasına baxmayaraq, hələ də rəqəmlər pandemiyadan əvvəlki səviyyədən aşağıdır.
 
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir.
 
Artıq əksər ölkələrdə karantin qaydaları kəskin yumşaldılıb. Azərbaycanda da karantin qadağalarının əksəriyyəti aradan qaldırılıb. Bununla yanaşı, bu sektorun inkişafı baxımdan quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər.
 
Statistika da göstərir ki, Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gəlirlər. Onlar eyni zamanda quru sərhədlərdən istifadəyə üstünlük verirdilər. Bu ilin 5 ayında da Azərbaycana gələn tursitlərin 68.9 faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. Yəni, Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər", - deputat vurğulayıb.

21-06-2022, 15:40 147

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102