Növbəti aydan uşaq bağçalarına elektron qəbul başlayacaq.
Qeyd olunub ki, bağçalara onlayn qəbul sistemi iyul ayından istifadəyə veriləcək. Prosesin mərhələli şəkildə bütün ölkə üzrə keçirilməsi nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, özəl bağçaların elektron sistemə daxil edilməsi hazırda müzakirə olunmur. Həmin müəssisələrə uşaq qəbulu sərbəstdir.