Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər hövzəsinin təmizlənməsi üzrə bir sıra tədbirlər keçirir. Sumqayit.tv xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, nazirlik həmçinin Xəzər dənizində suyun səviyyəsinin azalması məsələsi üzrə tədqiqatlar aparır.
"Bu istiqamətdə ekspertlərlə, Xəzər regionu ölkələri ilə və ixtisislaşmış təşkilatlarla regional əməkdaşlıq həyata keçirilir".