Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub. Sumqayit.tv report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Əliyev Surxay Ramiz oğlu Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin olunub.
Qeyd edək ki, Surxay Əliyev daha öncə Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.