Növbəti tədris ili ilə bağlı açıqlama

“Növbəti 2022/23 tədris ili üçün aktiv xəstə sayı 50 min nəfər həddinə çatarsa, müvafiq məhdudiyyətlər tətbiq olunacaq. Bu zaman dərslərin yenidən distant formada təşkili mümkün ola bilər”.

Sumqayit.tv Oxu.Az-a istinadən xəbər verir ki. bunları açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ötən tədris ilində pandemiya qaydaları bir qədər yumşaldığına görə dərslər hibrid formada keçirilirdi. Şagirdlər və tələbələr həftənin bir neçə günü dərsləri üzbəüz, digər günlər isə distant formada keçirdilər. Yoluxmanın yenidən artması ilə əlaqədar dərslərin yenidən distant formada təşkil olunacağı ilə bağlı müzakirələr aparılır. Qərarın nə olacağı hər kəsi düşündürür.

Ekspert qeyd edib ki, yoluxma kəskin artmasa, dərslər tam əyani formada başlayacaq:



“Statistikaya nəzər salsaq, müəyyən sayda artımların olduğunu görərik. Bizdə aktiv xəstələri qarşılayacaq çarpayıların sayı təxminən 60 min civarında qeyd olunur. Amma nəzərə çatdıraq ki, həmin dövr üçün 60 mini gözləmirik. Yoluxma sayı ən azı 40-50 min olanda artıq müəyyən məhdudiyyətlərin tətbiqinə başlanılır. Hətta bəzən 20-25 min olanda da məhdudiyyətlər olur. Yoluxma kəskin artarsa, növbəti tədris ilində dərslər distant formada başlana bilər. Əks halda dərslər tam əyani formada başlayacaq, hibrid şəkildə olmayacaq”.

İnfeksionist Mərdan Əliyev isə qeyd edib ki, uşaqların virusa yoluxma riski daha çoxdur:

“Valideynlər özlərini qorumağa çalışmalıdırlar. Koronavirus əsasən valideynlərdən uşaqlara keçə bilir. Uşaqlar peyvənd olunmayıblar, onlarda immunitet də zəifdir. Bu səbəbdən məktəbdə, bağçada yoluxma ehtimalı çoxdur”.



M.Əliyevin sözlərinə görə, yoluxmanın qarşısını almaq üçün məktəbləri bağlayıb, distant formaya keçməliyik:

“Bunun da müəyyən zərərləri var. Canlı təhsilin yerini heç nə vermir. Təhsildə geriqalmalar müşahidə edilə bilir. Uşaqla yanaşı, valideyni də nəzarətdə saxlamaq lazımdır. Valideyni xəstə olan uşaq məktəbə gəlməməlidir. Yalnız bu formada canlı təhsili saxlamaq olar”.

Qeyd edək ki, Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb. Ölkədə indiyədək ümumilikdə 795 190 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 181 nəfər müalicə olunaraq sağalıb, 9 727 nəfər vəfat edib, aktiv xəstə sayı 1 282 nəfərdir. Ölkədə son sutka ərzində 3 523, hazırkı dövrədək isə 7 011 596 test aparılıb.

21-07-2022, 18:35 181

Digər xəbərlər

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

15 İyun: Müstəqil Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsi

Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb

Prezidentdən son dəqiqə Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Ölkə üzrə Milli Qurtuluş Günü qeyd olunur

Sumqayıtda baxımsız qalan ərazi tülkülərin məskəninə çevrilib?-VİDEO

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

Novxanıda hotel ərazisində məktəbli vəfat edib – araşdırma aparılır

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Dünən, 19:13
Dünən, 18:51
Dünən, 11:42
Dünən, 11:39
Dünən, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
1 2 3 4 5 6 7 8 9 10 ... 1063