Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,08 ABŞ dolları, yaxud 0,96 % azalaraq 111,24 ABŞ dolları təşkil edib.
Sumqayit.tv “Report"a istinadən xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 99,46 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.