Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində yeni təyinat olub.
Sumqayit.tv xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Goranboy rayon T. Əliqulu oğlu adına Borsunlu kənd 1 nömrəli tam orta məktəbin direktoru Xəyal Məmmədov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy rayon sektorunun müdiri təyin edilib.