Rusiya bu ölkəyə sanksiya tətbiq etdi

Rusiya Yeni Zelandiyanın 32 vətəndaşına qarşı sanksiya tətbiq edib. 
Sumqayit.tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Bu, ölkə hökumətinin bir sıra Rusiya vətəndaşlarına şamil edilən məhdudlaşdırıcı tədbirlərinə cavab olaraq baş verib. Moskvanın "stop siyahısı"na bu ölkədə "rusofob gündəmi" təşkil edən bələdiyyə orqanlarının rəhbərləri, eləcə də hüquq-mühafizə orqanları və jurnalistlər arasından yeni zelandiyalılar daxil edilib. Bütün şəxslərin Rusiya Federasiyasına girişi qeyri-müəyyən müddətə qadağandır.
Siyahıya, xüsusən də Yeni Zelandiya Müdafiə Nazirinin müavini Mayk Yadley, Hərbi Dəniz Qüvvələri komandanının müavini Şeyn Arndell, Hərbi Dəniz Qüvvələrinin Əməliyyat Komandanı Qari Qoldinq, Silahlı Qüvvələrin Quru Qoşunları komandanının müavini Rouz Kinq və s. yüksək vəzifəli şəxslər də daxil edilib.
Qeyd edək ki, iyun ayında Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Mahuta Rusiya və Belarusun bir sıra dövlət müəssisələrinə və müdafiə strukturlarına qarşı yeni sanksiyaların tətbiqi barədə bəyanat yaymışdı. Yeni Zelandiyanın yeni sanksiya siyahısına daxil edilənlər arasında Rusiyanın "Qazprom" şirkəti də var. Ümumilikdə Yeni Zelandiya 650-dən çox Rusiya vətəndaşına, o cümlədən prezident Vladimir Putinə və ölkənin 93 ən böyük müəssisə və təşkilatına sanksiya tətbiq edib.


30-07-2022, 17:49 173

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102