
Bu gün təqribən saat 15:00 radələrində Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayit.tvxəbər verir ki, "Mersedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yanacaqdoldurma məntəqəsinə çırpılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Avtomobilə maddi ziyan dəyib.
Hazırda araşdırma aparılır.

Müxbir:Şəbnəm Məşiyeva