“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti avqustun 5-də ölkəmizə gəliblər.
Sumqayit.tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.