Qərbi azərbaycanlıların statusuna yenidən baxılmalıdır.
Sumqayit.tv Report-a istinadən xəbər verir ki, bunu "Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli deyib.
O bildirib ki, Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılmalıdır:
"Bu gün bu insanlar heç bir hüquq və imtiyazlardan yararlana bilmirlər. Tarixi torpaqları uğrunda mübarizə aparmaq istəyənlər əvvəlcə özlərini qaçqın statusunda hiss etməlidirlər".