Gələn aydan evlərin qiyməti bahalaşacaq

Bu ilin ilk 4-5 ayında evlərin qiymətində baş verən dinamik artımlar hazırda müşahidə olunmur. Müəyyən qədər qiymət artımları var, amma nisbi xarakter daşıyır. Ay ərzində orta qiymət 2-3 faiz dəyişir".

Sumqayit.tv xəbər verir ki, bunu Xeberle.com-a açıqlamasında ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, sentyabr ayının ortalarından etibarən qiymətlər artacaq:
"Bu da mövsümü faktorlarla bağlıdır. İlin əvvəlində dinamik qiymət artımı oldu, müraciətlərin sayı qismən azaldı. Limitdən asılı olaraq ipoteka kreditlərinin verilməsində səngimələr baş verdi. Bu səbəbdən, qiymətlərin artımı nisbi xarakter aldı. Amma ilin sonuna doğru qiymət artımları gözlənilir. Bunun da bir neçə səbəbi var. Belə ki, tikinti materialları və istehlak bazarında olan qiymət artımları, regional siyasi, iqtisadi və s. amillər buna təsir edir. Eyni zamanda, Azərbaycanda tikinti ilə bağlı müəyyən inzibati qərarların qəbul olunması və dəyişikliklər də tikintidə qiymət artımının baş verməsinə səbəb olur. Torpaq sahələrinin qiymətinin artması, onların məhdudlaşması, tikintinin dəyərində torpağın xüsusi çəkisinin artmı və s. ilkin bazarda qiymət dəyişikliyinə gətirib çıxarır. Bu da bütün bazar üzrə qiymət artımlarına səbəb olur".

Bakının hansı ərazilərində evlərin baha qiymətə olmasına gəlincə, ekspert bildirib ki, mərkəzdən başlayaraq kənarlara doğru qiymət azalır. 
"Bakının mərkəzində bəzi ərazilərdə yeni tikililərdə təmirsiz mənzillərin 1 kvm-nin qiyməti 5 min manatdan çoxdur. Mərkəzdən kənarlaşdıqca bu rəqəmlər azalmaya doğru gedir. Bakı üçün qismn kənar ərazilər hesab olunan Həzi Asalnov, Əhmədli, Yeni Yasamal, Biləcəri və bu kimi ərazilərdə müşahidə olunan qiymətlər 1 kvm. üçün 1000 manat üzərindədir. Üç il bundan əvvəl bu rəqəmlər çox aşağı idi. Bu onu deməyə əsas verir ki, qarşıdakı dövrlərdə həmin qiymətlər bir qədər də arta bilər".

9-08-2022, 11:31 164

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102