Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Sumqayit.tv xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.
Məlumata görə, hazırda “Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir: "Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq. Narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir".