Yumurtanın bahalaşması ilə bağlı açıqlama

Son günlər ölkədə yumurtanın qiymətinin artması ilə bağlı çoxsaylı məlumatlar yayılır. Bəzi mənbələr yumurtanın 22-23 qəpiyədək bahalaşdığını iddia edir.

Sumqayit.tv xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından (APEPEA) məlumat verilib.


Bildirilib ki, Assosiasiya üzvü olan yumurta istehsalçılarının heç birinin məhsulu yuxarıda qeyd olunan qiymətə satılmır.

APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli deyib: “Fevral ayından son bir həftəyədək Azərbaycanda yumurtanın qiymətində hər hansı dəyişiklik olmayıb. Baxmayaraq ki, qlobal bazarda yumurta istehsalında əsas komponent olan yem və yem əlavələrinin qiyməti fevral ayından bəri orta hesabla 30-40 faiz bahalaşıb, 1 yumurtanın maya dəyəri 16-17 qəpiyə yüksəlib, Assosiasiyaya daxil olan yumurta istehsalçılarından heç biri qiyməti artırmayıb. Bunun da əsas səbəbi bu olub ki, ölkədə tələbatdan xeyli artıq yumurta istehsal edilir və qiymətləri bazar tənzimləyir. Son aylarda yumurta istehsalçıları, xüsusilə orta və kiçik istehsalçılar böyük zərərlə üzləşdilər. Əvvəlcədən yem ehtiyatlarını təmin edə bilən iri istehsalçılarda zərər daha az oldu, onlardan bəziləri xaricə ixracı da yoluna qoydular. Kiçik və orta müəssisələrin bir çoxu zərərdən yayınmaq üçün ana sürülərini sayını azaltdılar. Buna görə də istehsal azaldı və avqustun ortalarından tələbatın artması ilə qiymətlər topdandansatışda 14-15 qəpiyə yüksəldi. Yəni bu gün yumurtanın fabrikdən çıxış qiyməti 15 qəpikdən yuxarı deyil. Hazırda əksər ticarət şəbəkələrində pərakəndə satış qiymətləri 16 qəpikdir ki, bu də keçən ilin eyni dövründəki qiymətlərdən aşağıdır. Ötən il istehsalçılar qarğıdalını 44 qəpiyə, buğdanı 40 qəpiyə alırdı, yumurtanın bir qutusu(360 dənəsi) 58 manata satılırdı. İndi qarğıdalını 84-85 qəpiyə, buğdanı 65 qəpiyə, günəbaxan yağını 3,5 manata, dikalsinin birini əvvəl 1.2 manata, indi 3,5 manata alırlar. Bunun qarşılığında topdansatış qiyməti bir qutu üçün 54 manatdır. Yəni faktiki olaraq, hazırda yumurtanın qiyməti ötən ilkindən aşağıdır. Kimlərsə fürsətcillik edib, 14-15 qəpiyə aldığı yumurtanı 20-22 qəpiyə satırsa, burada istehsalçının heç bir günahı yoxdur”.

APEPEA sədri bildirir ki, hazırda ölkədə yetərincə yumurta ehtiyatı var və yaxınmüddətli dövrdə yumurtanın mövcud qiymətlərdən yuxarı satışı gözlənilmir.

20-08-2022, 21:48 190

Digər xəbərlər

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

15 İyun: Müstəqil Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsi

Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb

Prezidentdən son dəqiqə Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Ölkə üzrə Milli Qurtuluş Günü qeyd olunur

Sumqayıtda baxımsız qalan ərazi tülkülərin məskəninə çevrilib?-VİDEO

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 01:40
Dünən, 19:13
Dünən, 18:51
Dünən, 11:42
Dünən, 11:39
Dünən, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1063