Fuad Muradov İrəvan xanının nəticəsi ilə görüşdü

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İrəvan xanının Almaniyada yaşayan nəticəsi, Qacar nəslinin yaxın qohumlarından olan Əmir Əli Sərdari İrəvani ilə görüşüb.

Sumqayit.tv xəbər verir ki, görüşdə İrəvan xanının varisləri olan bir sıra şəxsiyyətlər, tariximiz, mədəniyyətimiz, eləcə də ermənilərin zəngin irsimizə vurduğu ölçüyəgəlməz ziyan barədə fikir mübadiləsi aparılıb.


Komitə sədri bildirib ki, Azərbaycan Prezidentinin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayındakı çıxışı xaricdə yaşayan azərbaycanlılara ciddi mesajlar verib və onların beynəlxalq informasiya platformasında fəaliyyət istiqamətlərini müəyyən edib. 

Bəhmən xan Sərdari İrəvaninin oğlu Əmir Əli Sərdari İrəvani ata yurdunda qalan xanlıq dövrünə məxsus yeganə məscid - Göy məscidi tikdirmiş Hüseynəli xanın və həmçinin Məhəmməd xanın nəslindəndir.  

Söhbət zamanı Əmir Əli Sərdari İrəvani bildirib ki, İrəvanda babam Hüseynəli xanın inşa etdirdiyi Göy məsciddən başqa heç bir tarixi abidə qalmayıb. Əmir Əli nəsil şəcərəsi barədə maraqlı məlumatlar verib, Qacar ailəsi ilə qohumluğu haqqında danışıb.

1974-cü ildə Tehranda anadan olan Əmir Əli Sərdari İrəvani 2003-cü ildən Almaniyada yaşayır. Alman avtomobil sənayesində araşdırma və inkişaf sahəsində çalışan mühəndisdir. O, həmçinin etnoqraf və tarixçi kimi də tanınır. Əmir Əli Sərdarinin belə bir soyadı daşıması azərbaycanlıların qədim tarixi köklərə sahib olmasının və hansı torpaqlara mənsubluğunun danılmaz sübutudur. 

Əmir Əli Sərdari İrəvani yerli və beynəlxalq ictimaiyyətə İrəvan xanlığı haqqında dolğun məlumatların çatdırılmasında kifayət qədər fəallıq göstərən şəxslərdəndir.

Qonaq Diasporla İş üzrə DK-nın son illər Azərbaycanın tarixi şəxsiyyətlərinin və tanınmış nəsillərin xaricdə yaşayan varisləri ilə ciddi əlaqələr qurmasını, onların vaxtaşırı ölkəmizə gətirilməsi, ulu vətənləri ilə daha yaxından tanış olmaları üçün sistematik fəaliyyət göstərməsini təqdir edib, Komitə ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu dilə gətirib.

24-08-2022, 12:20 334

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102