Laçınla bağlı ŞAD XƏBƏR

Yaxın günlərdə Laçın şəhəri və ətraf kəndlər tamamilə Azərbaycan ordusunun nəzarəti altına keçəcək. Ermənilər artıq həmin ərazilərdən tamamilə çıxarılıb. Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postlar, nəzarət-buraxılış köşkləri, rusiyalı hərbçilərin yaşadığı tikililər də sökülür. Sülhməramlılar müvəqqəti olaraq yeni yola köçəcəklər. Ermənilərin laçında törətdikləri yanğınlarla bağlı məlumatlar avropa məhkəməsinə təqdim edilib.

Laçın dəhlizində müvəqqəti yerləşdirilmiş rusiya sülhməramlıları köçməyə hazırlaşır.

Ərazidə xüsusi texnika çalışır. Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postlar, nəzarət-buraxılış köşkləri, rusiyalı hərbçilərin yaşadığı tikililər sökülür. Ərazini boşaltmağa hazırlaşan sülhməramlılar müvəqqəti olaraq yeni dəhlizə köçəcəklər.

Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycan ordusunun tam nəzarəti altına keçməsinə saylı günlər qaldı. Bəs hazırda ərazidə son vəziyyət necədir?

Hərbi ekspertin sözlərinə görə, yaxın günlərdə Azərbaycan ordusu Laçın şəhərinə daxil olacaq.

Sumqayit.tv xəbər verir ki, Caliber.az saytı laçından xüsusi reportaj hazırlayıb.

 Saytın müxbiri azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rusiya sülhməramlılarının müşayiəti ilə laçına yola düşüb. Reportajda qeyd edilir ki, laçın şəhəri sanki 1992-ci ili xatırladır. Belə ki, buradakı bütün evlər, inzibati binalar, mağazalar köhnə və bərbad vəziyyətdədir. Hiss olunur ki, azərbaycanlılar buradan köçdükdən sonra sanki şəhər 30 ildir yuxuya qərq olub. Reportajda o da qeyd olunub ki, bu illər ərzində işğal altında olan laçının infrastrukturunda heç bir dəyişiklik olunmayıb.

Reportajdan meşələrin və çəmənliklərin necə yandırıldığı aydın görmək mümkündür. ''Meşələr sadəcə yandırılmır, həm də ağaclar kəsilməklə məhv edilir. Kəsilmiş qoz ağacları yolun kənarına düzülür. qiymətli ağaclar daha sonra satıla bilər. azərbaycan ərazilərini tərk etməkdən məyus olan ermənilər evləri sökür, qadınlar və uşaqlar isə dağ böyürtkənlərini toplayırlar"- deyə reportajda bildirilir.

''Laçın şəhərində və kəndlərdə yanğınlar törədən ermənilər beynəlxalq qanun qarşısında da cavab verməli olacaqlar. Artıq Azərbaycan tərəfindən ermənilərin Laçının kəndlərindəki evləri yandırması və sökməsi ilə bağlı bütün məlumatlar Avropa Məhkəməsinə təqdim edilib''. Bunu ''Report''un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, ötən həftənin cümə günü Azərbaycan Avropa Məhkəməsinə yeni məlumatlar təqdim edib. Məlumatda qeyd olunub ki, Laçını tərk edən ermənilər bu yanğınları dayandırmalı, bu əməldən çəkinməlidirlər.

25-08-2022, 13:22 182

Digər xəbərlər

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

15 İyun: Müstəqil Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsi

Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb

Prezidentdən son dəqiqə Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Ölkə üzrə Milli Qurtuluş Günü qeyd olunur

Sumqayıtda baxımsız qalan ərazi tülkülərin məskəninə çevrilib?-VİDEO

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 01:40
Dünən, 19:13
Dünən, 18:51
Dünən, 11:42
Dünən, 11:39
Dünən, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1063