Hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb. Hərəkətdə olan Azərbaycan Ordusuna məxsus "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1995-ci il təvəllüdlü Zaqatala rayon sakini, müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Vahid Ərəblinski vəfat edib.
27-08-2022, 12:50
172