Kişilər klubu yeni layihəyə start verib

Kişilər klubu yeni layihəyə start verib 

Etika qaydaları dayanacaqlara, metrolara, kafelərə, insanların çox olduğu yerlərə vurulacaq. Buklet şəklində hazırlanıb paylanacaq. 

1-ci buklet (yalnız kişilər üçün)
• İctimai nəqliyyatda xanımlara toxunmadığınız üçün sizə minnətdarıq!
• Yerə tüpürmədiyiniz üçün başınız uca olsun!
• Çəkdiyiniz siqaretin kötüyünü yerə atmadığınız üçün qəlbiniz nura boyansın!
• İctimai yerlərdə qasığınızı qaşımadığınız üçün ruziniz bol olsun!
• İctimai yerlərdə nalayiq söz işlətmədiyiniz üçün bay olasınız!
• Avtobus dayanacaqlarında, parklarda insanların, xüsusən də xanmların və uşaqların olduğu məkanda siqaret çəkmədiyiniz üçün yüz yaşayın!
• Fərqli geyimi və saç düzümü olan insanlara lağ etmədiyiniz üçün xoşbəxt olun!
• Metro vaqonunda əyləşərkən ayaqlarınızı aralamadığınız üçün bəxtiniz üzünüzə gülsün!
• İctimai nəqliyyatda xanımlara yer verib, sonra da başları üstündə dayanıb, onları süzmədiyiniz üçün Tanrı sizə yar olsun!

2-ci buklet (hamı üçün)
Dəyərli dost!
• Yaşından asılı olmayaraq hər kəsə, xüsusən də tanımadığınız adama “siz” deyə müraciət etdiyiniz üçün yüz yaşayın!
• Növbəyə durmaq tələb olunan yerlərdə növbə mədəniyyətinə əməl etdiyiniz üçün sizə minnətdarıq!
• Növbələrdə qarşınızdakı adamla aranızda məsafə saxladığınız üçün sizə təşəkkür edirik!
• Ayaqyoluna girəndə və çıxanda əlinizi sabunla yuduğunuz üçün var olun!
• Öskürəndə, asqıranda üzünüzü yana çevirib, əlinizlə ağzını örtdüyünüz üçün çox sağ olun!
• Nəfəsinizin daim təravətli olmasını təmin etdiyiniz üçün qəlbinizin nuru tükənməsin!  
• Özünəxidmət kafelərində yemək yedikdən sonra süfrənizi yığışdırdığınız üçün ömrünüz uzun olsun!
• Restoranda, kafede, çayxanada süfrəçini çağıranda qışqırmadığınız üçün Tanrının kölgəsi üstünüzdək əskik olmasın!
• Bədəninizin, paltarınızın təmizliyinə diqqət etdiyiniz üçün, sizdən tər qoxusu gəlmədiyinə görə qaraçuxanız daim oyaq olsun!
• Küçələrdəki sahibsiz heyvanlara zərər vermədiyiniz üçün Tanrı sizə yar olsun!
• Blokda, liftdə, iş yerində qarşılaşdığınız insanlara təbəssümlə salam verdiyiniz üçün min budaq olun!
• Avtobusa, metroya minərkən xanımlara, ahıllara, uşaqlara, əlilliyi olan şəxslərə öncəlik verdiyiniz üçün bay olun!  
• İctimai nəqliyyatda gözünüzü yanınızdakı adamın telefonunun ekranına zilləmədiyiniz üçün arzularınız çin olsun!
• İctimai nəqliyyatda, cəmiyyət arasında telefonla yüksək səslə danışmadığınız üçün başınız uca olsun!
• Bankomatlarda növbə gözləyərkən özünüzdən əvvəlki adamın bank əməliyyatlarına baxmadığınız üçün ömür boyu alnıaçıq yaşayasınız!
• Yolda avtomobil hərəkət edib-etməməsindən asılı olmayaraq, yolu işıqforun yalnız yaşıl işığında keçdiyinizə görə qarşınızdan axan sular duru olsun!
• Zəng etdiyiniz adam telefona cavab vermirsə, iki dəfədən çox zəng etmədiyiniz üçün işıqlı günləriniz bol olsun!

29-08-2022, 10:56 175

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102